İmzalama, ratifikasiya, qüvvəyə minməsi, bəyannamələr, denonsasiya, ərazilərdə tətbiq: bildirişlər, kommunikasiyalar
Dövlətin | İmzalama | Ratifikasiya | Qüvvəyə minməsi | Bəyannamələr, denonsasiya | Ərazilərdə tətbiq: bildirişlər | Kommunikasiyalar |
---|---|---|---|---|---|---|
Albaniya | 26.05. | 26.11. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Andorra | 31.05. | 06.05. | 01.09. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Ermənistan | 18.06. | 17.12. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Avstriya | 04.11. | xeyr | xeyr | |||
Azərbaycan | 12.11. | xeyr | xeyr | |||
Belçika | 04.11. | xeyr | xeyr | |||
Bosniya və Herseqovina | 24.04. | 29.07. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Bolqarıstan | xeyr | xeyr | xeyr | |||
Xorvatiya | 06.03. | 03.02. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Kipr | 04.11. | 30.04. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Çexiya | 04.11. | xeyr | xeyr | |||
Danimarka | xeyr | xeyr | xeyr | |||
Estoniya | 04.11. | xeyr | xeyr | |||
Finlandiya | 04.11. | 17.12. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Fransa | xeyr | xeyr | xeyr | |||
Gürcüstan | 04.11. | 15.06. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Almaniya | 04.11. | xeyr | xeyr | |||
Yunanıstan | 04.11. | xeyr | xeyr | |||
Macarıstan | 04.11. | xeyr | xeyr | |||
İslandiya | 04.11. | xeyr | xeyr | |||
İrlandiya | 04.11. | xeyr | xeyr | |||
Italiya | 04.11. | xeyr | xeyr | |||
Latviya | 04.11. | xeyr | xeyr | |||
Lixtenşteyn | 04.11. | xeyr | xeyr | |||
Litva | xeyr | xeyr | xeyr | |||
Lüksemburq | 04.11. | 21.03. | 01.07. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Malta | 08.12. | 08.12. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Monako | xeyr | xeyr | xeyr | |||
Monteneqro | 03.04.20031 | 03.03.20041 | 06.06. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Niderland | 04.11. | 28.07. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Şimali Makedoniya | 04.11. | 13.07. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Norveç | 15.01. | xeyr | xeyr | |||
Polşa | xeyr | xeyr | xeyr | |||
Portuqaliya | 04.11. | 16.01. | 01.05. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Moldova | 04.11. | xeyr | xeyr | |||
Rumıniya | 04.11. | 17.07. | 01.11. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Rusiya | 04.11.20002 | xeyr | xeyr | |||
San Marino | 04.11. | 25.04. | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Serbiya | 03.04.20031 | 03.03.20041 | 01.04. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Slovakiya | 04.11. | xeyr | xeyr | |||
Sloveniya | 07.03. | 07.07. | 01.11. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
İspaniya | 04.10. | 13.02. | 01.06. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
İsveç | xeyr | xeyr | xeyr | |||
İsveçrə | xeyr | xeyr | xeyr | |||
Türkiyə | 18.04. | xeyr | xeyr | |||
Ukrayna | 04.11. | 27.03. | 01.07. | [ing] [fra] | [ing] [fra] | [ing] [fra] |
Birləşmiş Krallıq | xeyr | xeyr | xeyr |
1 Serbiya və Monteneqro dövlət birliyi tərəfindən imzalanma və ratifikasiya tarixləri.
2 Nazirlər Komitəsi tərəfindən 23.03.2022-ci il tarixdə qəbul edilmiş CM/Qərar (2022)3 saylı Qətnaməyə uyğun olaraq, Rusiya Federasiyası 16.09.2022-ci il tarixində Müqaviləsinin ETS No. 5 Tərəfi olmaqdan çıxmışdır. Müvafiq olaraq, Rusiya Federasiyası da 16.09.2022-ci ildə Protokolun imzalayan olmaqdan çıxmışdır.
ETS (STE) № 177
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 12 saylı Protokol
Roma, 4. XI. 2000
Preambula
Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,
hamının qanun qarşısında bərabərliyini və qanunla eyni qaydada müdafiə olunmaq hüququnu nəzərdə tutan təməl prinsipi nəzərə alaraq,
1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) tətbiqi vasitəsilə ayrı-seçkiliyə qarşı ümumi qadağanı kollektiv surətdə tətbiq etməklə hamının bərabərliyinin təmsil edilməsi yolunda gələcək addımlar atmaq əzmində olaraq,
ayrı-seçkilik əleyhinə prinsipin iştirakçı dövlətlər tərəfindən tam və səmərəli bərabərliyi təşviq etmək üzrə tədbirlər görülməsinə mane olmadığını təsdiq edərək (bu şərtlə ki, bu tədbirlərin obyektiv və ağlabatan əsası olsun),
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Ayrı-seçkiliyə ümumi qadağa
1. Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
2. Heç kim 1-ci bənddə sadalanan hər hansı əsasa görə hər hansı dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
Maddə 2
Ərazilərdə tətbiq
1. Hər hansı dövlət imzalanma zamanı və ya özünün ratifikasiya, qəbul və təsdiq etmə sənədini saxlanmaya verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri göstərə bilər.
2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş Katibin belə bəyanatı aldığı tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
3. Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə bəyanatda göstərilmiş hər hansı əraziyə münasibətdə Baş katibə ünvanlanmış bildiriş vasitəsilə geri götürülə, yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
4. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.
5. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1-ci maddəsi ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.
Maddə 3
Konvensiyaya bağlılıq
İştirakçı dövlətlər bu Protokolun 1-ci və 2-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.
Maddə 4
İmzalama və ratifikasiya
Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalanması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzv dövlətləri Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.
Maddə 5
Qüvvəyə minməsi
1. Bu Protokol Avropa Şurasının üzvü olan on dövlətin 4-cü maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin, yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərin saxlanılmaya verildiyi tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 6
Depozitarinin funksiyası
Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan hər bir dövləti: (a) hər
(a) hər hansı imzalanma;
(b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi,
(c) 2-ci və 5-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;
(d) bu Protokola dair digər hərəkət, bildiriş və ya xəbərdarlıq
Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edilənlər bu Protokolu imzaladılar.
4 noyabr 2000-ci ildə Romada, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.