İnsan Hüquqları Konvensiyaya dair 16 saylı Protokol

Protokolun yalnız ingilisfransız dilində olan versiyaları etibarlıdır. Hazırkı tərcümə Protokolun rəsmi versiyası deyil.

İmzalama, ratifikasiya, qüvvəyə minməsi, qeyd-şərtlər, bəyannamələr, denonsasiya, çəkilmələr, ərazilərdə tətbiq: bildirişlər, kommunikasiyalar

DövlətinİmzalamaRatifikasiyaQüvvəyə minməsiQeyd-şərtlərBəyannamələr, denonsasiya, çəkilmələrƏrazilərdə tətbiq: bildirişlərKommunikasiyalar
Albaniya24.11.201422.07.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Andorra12.04.201816.05.201901.09.2019[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Ermənistan02.10.201331.01.201701.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Avstriyaxeyrxeyrxeyr
Azərbaycan18.11.202106.07.202301.11.2023[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Belçika08.11.201822.11.202201.03.2023[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Bosniya və Herseqovina11.05.201809.03.202101.07.2021[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Bolqarıstanxeyrxeyrxeyr
Xorvatiyaxeyrxeyrxeyr
Kiprxeyrxeyrxeyr
Çexiyaxeyrxeyrxeyr
Danimarkaxeyrxeyrxeyr
Estoniya17.02.201431.08.201701.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Finlandiya02.10.201307.12.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Fransa02.10.201312.04.201801.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Gürcüstan19.06.201406.07.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Almaniyaxeyrxeyrxeyr
Yunanıstan02.03.201705.04.201901.08.2019[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Macarıstanxeyrxeyrxeyr
İslandiyaxeyrxeyrxeyr
İrlandiyaxeyrxeyrxeyr
Italiya02.10.2013xeyrxeyr
Latviyaxeyrxeyrxeyr
Lixtenşteynxeyrxeyrxeyr
Litva10.06.201402.09.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Lüksemburq06.09.201814.05.202001.09.2020[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Maltaxeyrxeyrxeyr
Monakoxeyrxeyrxeyr
Monteneqro13.12.202114.02.202301.06.2023[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Niderland07.11.201312.02.201901.06.2019[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Şimali Makedoniya09.09.202125.09.202301.01.2024[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Norveç27.06.2014xeyrxeyr
Polşaxeyrxeyrxeyr
Portuqaliyaxeyrxeyrxeyr
Moldova03.03.201722.06.202301.10.2023[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Rumıniya14.10.201415.09.202201.01.2023[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
San Marino02.10.201316.02.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Serbiyaxeyrxeyrxeyr
Slovakiya02.10.201317.12.201901.04.2020[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Sloveniya02.10.201326.03.201501.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
İspaniyaxeyrxeyrxeyr
İsveçxeyrxeyrxeyr
İsveçrəxeyrxeyrxeyr
Türkiyə20.12.2013xeyrxeyr
Ukrayna20.06.201422.03.201801.08.2018[ing] [fra][ing] [fra][ing] [fra][ing] [fra]
Birləşmiş Krallıqxeyrxeyrxeyr

CETS (STCE) № 214

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 16 saylı Protokol

Strasburq, 2.X. 2013

Preambula

Avropa Şurasının üzvü olan və 4 noyabr 1950-ci ildə Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (bundan sonra “Konvensiya” adlanacaq) tərəf olan və bu Protokolu imzalayan dövlətlər və Razılığa gələn digər Yüksək Tərəflər,

Konvensiyanın müddəalarını, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra “Məhkəmə” adlanacaq) əsasını qoyan 19-cu maddəni nəzərə alaraq;

Məhkəmənin səlahiyyətlərinin artırılaraq məsləhət rəyləri verməsinin subsidiarlıq prinsipinə uyğun olaraq Məhkəmə ilə milli orqanlar arasında qarşılıqlı fəaliyyəti daha da genişləndirəcəyini və bununla, Konvensiyanın icrasını gücləndirəcəyini nəzərə alaraq;

Avropa Şurası Parlament Assambleyası tərəfindən 28 iyun 2013-cü ildə qəbul edilmiş 285 saylı (2013) Rəyi nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

1. 10-cu maddəyə əsasən, Razılığa gələn Yüksək Tərəfin ən yuxarı instansiya məhkəmələri və tribunalları Məhkəmədən, Konvensiyada və ona dair Protokollarda müəyyən olunmuş hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı fundamental məsələlərə dair məsləhət rəylərinin verilməsini xahiş edə bilərlər.

2. Müraciət edən məhkəmə və ya tribunal yalnız öz məhkəmə baxışında olan işlə bağlı məsləhət rəyinin verilməsini xahiş edə bilər.

3. Müraciət edən məhkəmə və ya tribunal öz müraciətini əsaslandırmalı və məhkəmə baxışında olan işin hüquqi və faktiki halları ilə bağlı məlumat təqdim etməlidir.

Maddə 2

1. Böyük Palatanın 5 hakimindən ibarət kollegiyası 1-ci maddəyə uyğun olaraq məsləhət rəyi ilə bağlı müraciətin təmin olunub-olunmaması barədə qərar qəbul edir. Kollegiya hər hansı müraciətin qəbul edilməsindən imtina üçün əsaslar göstərməlidir.

2. Kollegiya müraciəti qəbul edərsə, Böyük Palata məsləhət rəyini verir.

3. Əvvəlki bəndlərdə qeyd olunduğu kimi, müraciət edən məhkəmə və ya tribunalın aid olduğu Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim ex officio kollegiyaya və Böyük Palataya daxil edilməlidir. Əgər belə hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, həmin Tərəfin əvvəlcədən təqdim etdiyi siyahıdan Məhkəmənin Sədri tərəfindən seçilmiş şəxs hakim qismində çıxış edir.

Maddə 3

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və müraciət edən məhkəmə və ya tribunalın aid olduğu Razılığa gələn Yüksək Tərəf yazılı təqdimatlar vermək və hər hansı iclasda iştirak etmək hüququna malikdirlər. Məhkəmənin Sədri, ədalət mühakiməsinin təmini məqsədilə, Razılığa gələn hər hansı digər Yüksək Tərəfi və ya şəxsi yazılı təqdimatlar verməyə və ya iclasda iştirak etməyə dəvət edə bilər.

Maddə 4

1. Məsləhət rəyləri əsaslandırılmalıdır.

2. Əgər məsləhət rəyi bütövlükdə və ya qismən hakimlərin yekdil fikrini ifadə etmirsə, hər bir hakim xüsusi rəy vermək hüququna malikdir.

3. Məsləhət rəyləri müraciət etmiş instansiyaya və həmin instansiyanın aid olduğu Razılığa gələn Yüksək Tərəfə göndərilir.

4. Məsləhət rəyləri dərc olunur.

Maddə 5

Məsləhət rəyləri məcburi qüvvəyə malik deyil.

Maddə 6

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1-ci və 5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 7

1. Bu Protokol Konvensiyaya tərəf olan Razılığa gələn Yüksək Tərəflərin imzalaması üçün açıqdır və onlar aşağıdakıların məcburiliyinə dair öz razılıqlarını ifadə edə bilərlər:

(a) ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə şərt olmadan imzalama; və ya

(b) ratifikasiya, qəbul etmə və ya təsdiq etmə ilə müşayiət olunan və ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə şərtlə imzalama.

2. Ratifikasiya, qəbul etmə və ya təsdiq etmə haqqında sənədlər Avropa Şurasının Baş katibinə saxlanca verilir.

Maddə 8

1. Bu Protokol 7-ci maddənin müddəalarına uyğun olaraq Konvensiyaya tərəf olan Razılığa gələn on Yüksək Tərəfin Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

2. Protokol, onun məcburiliyinə öz razılığını bildirmiş Razılığa gələn hər hansı Yüksək Tərəfə münasibətdə, 7-ci maddənin müddəalarına uyğun olaraq, Protokolun onun üçün məcburiliyinə öz razılığını bildirdiyi tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə 9

Konvensiyanın 57-ci maddəsinə əsasən bu Protokolun müddəaları ilə bağlı heç bir qeyd-şərt edilə bilməz.

Maddə 10

Konvensiyaya tərəf olan Razılığa gələn hər bir Yüksək Tərəf imzalanma zamanı və ya özünün ratifikasiya, qəbul və təsdiq haqqında sənədini Avropa Şurasının Baş katibinin adına ünvanlanmış bəyanatla saxlanca verərkən bu Protokolun 1-ci maddəsinin 1-ci bəndində göstərilən məqsədlər üçün təyin etdiyi məhkəmələri və ya tribunalları qeyd etməlidir. Bu bəyanat daha sonra hər hansı digər tarixdə və eyni qaydada dəyişdirilə bilər.Bu bəyanat daha sonra hər hansı digər tarixdə və eyni qaydada dəyişdirilə bilər.

Maddə 11

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzv dövlətlərini və Konvensiyaya tərəf olan Razılığa gələn digər Yüksək Tərəfləri

(a) hər hansı imzalanma;

(b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi,

(c) 8-ci maddəyə uyğun olaraq bu Protokolun qüvvəyə minmə tarixi;

(d) 10-cu maddəyə müvafiq edilmiş hər bir bəyanat; və

(e) bu Protokolla bağlı hər hansı digər akt, bildiriş və ya kommunikasiya barədə xəbərdar edir.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edilənlər bu Protokolu imzaladılar.

2 oktyabr 2013-cü ildə Strasburqda, hər iki mətn eyni qüvvəyə malik olmaqla ingilisfransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının üzvü olan hər bir dövlətə və Konvensiyaya tərəf olan Razılığa gələn digər Yüksək Tərəfə göndərəcəkdir.