Sözügedən ərizənin nömrəsini bilirsinizmi?
Ərizə nömrəsi nədir?
Ərizə nömrəsi qeydiyyata alınmış ərizə barədə AİHM-dən gələn istənilən məktubda “Ərizə №” sözlərindən sonra və ərizənin adından (“işin adından”) əvvəl göstərilir. Yazışmada ingiliscə “Application no.”, fransızca “Requête n°” yazılır.
Ərizə nömrəsinin formatı: NÖMRƏ/İL, məsələn, 123/14. Yalnız rəqəmlər və sağa meyilli kəsr xətti: “/”, boşluq olmadan.
AİHM-in “ərizə forması tələblərə cavab vermir” məzmunlu məktubunda eyni formatda göstərilən nömrə ərizə nömrəsi deyil. Bu nömrə yalnız AİHM tələblərə cavab verən yeni ərizə formasını aldıqdan və ərizəni qeydiyyata aldıqdan sonra ərizə nömrəsi ola bilər. Belə məktubda ərizənin adı göstərilmir (çünki ərizə qeydiyyata alınmayıb) və adətən ECHR-Axxx6 kodu göstərilir; burada “xxx” məktubun dilini bildirir. Bu kodun altında bəzən belə yazılır: “Our Ref.”
