Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın Strasburq şəhərində yerləşən beynəlxalq məhkəmədir. Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxslər, təşkilatlar və şirkətlərdən gələn şikayətlərə baxan beynəlxalq məhkəmədir.
Avropa İnsan Hüquqları Konvensiyası bir çox Avropa Dövlətlərinin müəyyən əsas hüquqların təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Bü hüquqlar Konvensiyanın özundə, eləcə də yalnız bəzi dövlətlərin qəbul etdiyi 1, 4, 6, 7, 12 və 13 saylı Protokollarda əks olunmuşdur.
Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları Konvensiyasını tətbiq edir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan dövlətlərin Konvensiyada əks olunan hüquqlara və onlarla bağlı zəmanətlərə hörmət etməsini təmin etməkdir. Bu iş fərdi şəxslər, bəzən isə dövlətlər tərəfindən təqdim edilən şikayətlərə (onlara “şikayət ərizəsi” də deyilir) baxılması yolu ilə həyata keçirilir. Əgər Avropa Şurasına üzv olan dövlətin qeyd olunan hüquqlar və onlarla bağlı zəmanətlərdən birini və yaxud bir neçəsini pozduğu müəyyən edilərsə, bu halda Məhkəmə qətnamə çıxarır. Qətnamələrin icrası məcburidir: Konvensiyanı pozan müvafiq dövlətlər onlara əməl etməlidirlər.
Siz Konvensiyaya qoşulan dövlətlərin vətəndaşı olmaya bilərsiniz. lakin Sizin şikayətinizə səbəb olan qanun pozuntusu həmin dövlətlərdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun ərazisi daxilində baş verməlidir. Şikayət etdiyiniz hərəkət və ya hərəkətsizlik həmin dövlətin/ dövlətlərin səlahiyyətli orqanları (məsələn, məhkəmə və ya inzibati orqanlar) tərəfindən törədilməlidir. Məhkəmə fərdi şəxslərə və ya özəl təsisatlara, məsələn ticarət şirkətlərinə qarşı qaldırılan şikayətlərə baxa bilməz. Siz sübuta yetirməyə çalışdığınız qanun pozuntusunun şəxsən və bilavasitə qurbanı olmalısınız. Siz hər hansı bir qanun və ya hər hansı bir tədbir ilə bağlı, onların ümumiyyətlə ədalətsiz olduğunu iddia edərək, ümumi şikayət edə bilməzsiniz; eyni zamanda siz başqa insanların adından şikayət edə bilməzsiniz (həmin insanların şəxsiyyəti aydın şəkildə göstərilirsə və siz onların rəsmi nümayəndəsi sayılırsınızsa, bu halda onların adından müraciət edə bilərsiniz). Siz Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasından başqa digər hər hansı bir hüquqi sənədin pozulmasından, məsələn İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin yaxud Əsas Azadlıqların Nizamnaməsinin pozulmasından şikayət edə bilməzsiniz.
Siz şikayət etdiyiniz məsələ ilə bağlı müvafiq dövlətdə həmin pozuntunu aradan qaldıra bilən bütün hüquq müdafiə vasitələrindən istifadə etməlisiniz (adətən bu aşağıdakı mənanı daşıyır: siz ilkin instansiya sayılan hər hansı müvafiq məhkəməyə müraciət etməlisiniz, daha sonra müvafiq qaydada apellyasiya məhkəməsinə və cavabdeh dövlətdə mövcud ola bilən digər yuxarı instansiya məhkəməsinə, belə ki, ali məhkəmə və ya konstitusiya məhkəməsinə müraciət etməlisiniz). Daxili hüquq müdafiə vasitələrindən sadəcə istifadə etmək kifayət deyildir. Bu instansiyalara müraciət edən zaman siz xüsusilə öz şikayətinizin mahiyyətini irəli sürməlisiniz, yəni Konvensiyada əks olunan hüququn pozuntusunu faktlarla açıqlamalısınız. Ölkə daxilində son qərar çıxarıldıqdan sonra (adətən bu qərar son instansiya məhkəməsinin qərarı hesab olunur) siz həmin qərarın çıxarıldığı tarixdən etibarən dörd ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlisiniz. Ərizə forması və tələb olunan bütün məlumat və sənədlər Məhkəməyə dörd aylıq müddətin son günündə və ya son günündən əvvəl göndərilməlidir. Yoxlayın bütün tələb olunan bütün məlumatların göstərilməsini və sənədlərin əlavəolunmasını.
Məhkəmənin hər növ şikayətlərə baxmaq səlahiyyəti yoxdur. Onun səlahiyyətləri, Konvensiyada nəzərdə tutulmuş kimin, nə zaman və nə barədə şikayət etmək qabiliyyətini məhdudlaşdıran qəbuledilənlik meyarları ilə müəyyənləşir. Məhkəmə tərəfindən baxılan ərizələrin 90%-dən çoxu qəbul edilməz elan edilir. Bu səbəbdən Məhkəməyə müraciət etmədən öncə şikayətinizin qəbuledilənlik tələblərinə müvafiq gəlməsini yoxlamalısınız. Yuxarıda göstərilənlərlə əlaqədar, Siz hüquqşünasa qəbuledilənlik meyarları haqqında edə bilərsiniz.
Sizin işə baxılması üçün heç bir rüsum və ya ödəmə tələb olunmur. Siz yalnız öz şəxsi xərclərinizi (hüquqşünas(lar)ınızın xidmət haqqını, araşdırma və poçt xərclərini və digər oxşar xərcləri) ödəməlisiniz. Məhkəmə ərizənizin tərtib edilməsi üçün hüquqşünasınıza ödədiyiniz xərcləri sizə ödəmir. İcraatın ilkin mərhələlərində hüquqşünas tərəfindən təmsil olunmanız tələb olunmasa da, cavabdeh Hökumətə ərizəniz haqqında bildiriş verildikdən sonra sizi nümayəndə təmsil etməlidir.
Məhkəmə Konvensiyanın pozulduğunu müəyyən edərsə, o Sizə dəymiş zərərə görə müəyyən məbləğdə Sizə maddi kompensasiya ödənilməsini qərara ala bilər. Məhkəmə eyni zamanda cavabdeh Dövlətdən ərizənizin təqdim edilməsi ilə əlaqədar çəkdiyiniz xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.