AİHM-ə şikayətin hazırlanmasının qiyməti bu işə nə qədər vaxt lazım olacağından asılıdır. Qiymət aralığı çox genişdir: iş iki-üç saat çəkdikdə bir neçə yüz avrodan, onlarla saat tələb olunduqda 10 min avro və daha çox məbləğədək. Bu vaxt sənədləri öyrənmək, əsas faktları ayırmaq, hər potensial pozuntu iddiası üzrə işin mahiyyəti və qəbuledilənlik baxımından AİHM-in aktual təcrübəsini tapıb təhlil etmək, bunun əsasında pozuntu iddialarını formalaşdırmaq, hər iddia edilən pozuntunu və onun üzrə qəbuledilənlik meyarlarına əməl olunmasını əsaslandırmaq, sonra isə bütün bunları ərizə formasında qısa, aydın və ziddiyyətsiz şəkildə ifadə etmək üçün lazımdır.
Sizin işinizdə nə qədər vaxt tələb olunacağını və buna uyğun olaraq şikayətin hazırlanmasının neçəyə başa gələcəyini yalnız sənədlərə əsasən müəyyən edə bilərəm. Şikayət etdiyiniz bütün qərarları, şikayətinizə səbəb olan tədbirləri əks etdirən digər sənədləri, bu şikayətlərin mahiyyəti üzrə milli hakimiyyət orqanlarına, o cümlədən məhkəmələrə etdiyiniz bütün müraciətləri və həmin müraciətlər üzrə bütün qərarları təqdim edin. İş materiallarının hamısı artıq elektron formadadırsa, onları bir dəfəyə tam şəkildə göndərməyiniz daha yaxşıdır. Lazım olduğundan artıq sənəd göndərəcəyinizdən və ya nəyisə əlavə etməyəcəyinizdən narahat olmayın: göndərdiklərinizi öyrəndikdən sonra əlavə sənədlərə ehtiyac yaranarsa, onları sizdən istəyəcəyəm.
Adətən şikayətin hazırlanmasının qiyməti ilə bağlı sorğuya bütün lazımi sənədləri və məlumatları aldıqdan sonra bir həftə ərzində cavab verirəm. AİHM-ə müraciət müddəti yaxın günlərdə bitirsə, mənə yazın və sorğunuzu təcili qaydada nəzərdən keçirə bilib-bilməyəcəyimi soruşun. Belə məktuba 24 saat ərzində cavab verəcəyimə söz verirəm. İmkanım olduğunu təsdiqləsəm və siz lazımi sənədləri və məlumatları dərhal təqdim etsəniz, sorğu üzrə nəticəmi növbəti 48 saat ərzində bildirməyə söz verirəm.
AİHM-ə müraciətin hüquqi cəhətdən əsaslandırıla bilən perspektivləri olduğu qənaətinə gəlsəm, irəli sürməyin mənası olan pozuntu iddialarını nəzərə alaraq şikayətin hazırlanmasının dəqiq qiymətini sizə bildirəcəyəm və hansı məsələlər üzrə şikayət etməyin mənasız olduğunu çox qısa izah edəcəyəm. Eyni zamanda sizə şikayətin hazırlanması barədə müqavilə göndərəcəyəm. Xidmət haqqını İsveçrədəki hesabıma bank köçürməsi ilə və ya ödəniş ölkəsindən asılı olaraq başqa üsulla ödəmək olar. Şikayətin hazırlanma müddəti hər halda onu AİHM-ə müraciət müddətinə əməl etməklə göndərməyə imkan verəcək. İşin nəticəsində siz e-poçtla doldurulmuş ərizə formasını, ona əlavə olunacaq sənədləri və bunların hamısını necə düzgün çap etmək, imzalamaq və AİHM-ə göndərmək barədə izahları alacaqsınız. AİHM-də təmsilçilik və iş üzrə hər hansı sonrakı fəaliyyət şikayətin hazırlanmasının qiymətinə daxil deyil. Əgər AİHM-ə müraciətin belə perspektivləri olmadığı qənaətinə gəlsəm, sizə yalnız bunu bildirəcəyəm.
Aşağıdakı fikirlərdən hər hansı birinə tam əminsinizsə, bu xidmət açıq-aşkar sizin üçün deyil:
